"Mətbuat Şurası “İpəkçi” qəzeti ilə bağlı dərhal açıqlama verməlidir"- Aygün Muradxanlı FOTO/Yenilənib

5-11-2021, 20:32           
"Mətbuat Şurası “İpəkçi” qəzeti ilə bağlı dərhal açıqlama verməlidir"- Aygün Muradxanlı FOTO/Yenilənib
Azərbaycanda belə bir qəzet redaktoru var. Biz deyəndə dil milli təhlükəsizlik məsələsidir, inanmırsınız. Bu adam təxribatla məşğuldur. O, qəzetində nələr yazır, dövlət orqanları maraqlanmalı, nəzarətə götürməlidir. Hikmət Hacızadənin səhifəsində təhsil müzakirələrinə qoşulub öz aləmində. Azərbaycanın Qarabağı Ermənistana döyüşsüz verdiyini yazır. Aşağıda link paylaşacam.

Mətbuat Şurasının adını çəksək, Müşfiq Ələsgərli gəlib deyəcək ki, biz nə edək? Yaxşı, bəs Azərbaycan dövlətinin əleyhinə yazı yazan bu buqələmunlarla kim məşğul olmalıdır? Axtarsaq, cibindən MŞ-nın vəsiqəsi çıxacaq. Qarabağda döyüşüb şəhid, qazi olanların haqqı tutsun gözünü...

Mətbuat Şurası “İpəkçi” qəzeti ilə bağlı dərhal açıqlama verməlidir. Versin, ondan sonra biz növbəti addımlarımızı müəyyən edək. Aydın Mamedov Ermənistanın lehinə təbliğat apardığı üçün cəzalandırılmalıdır.
Teref.az olaraq qarşı tərəflə əlaqə saxlayaraq onun fikrini öyrənmək istəsəkdə, "İpkçi" qəzetinin baş redaktoru olan Aydın Mamaedov dediklərini təsdiq etdi. Deməli "İpəkçi" qəzetinin baş redaktoru Aydın Mamedov öz yazdığını bir daha təsdiq edərək dedi ki, Azərbaycan ordusu həqiqətən Kəlbəcəri qəsdən təslim edib ki, sonradan Ermənistanı genosiddə ittiham etsin!!
Xüsusi qeyd: Yazı Aygün Muradxanlının feysbuk səhufəsindən götürülüb!














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.