Çin və ABŞ arasında Cənubi Asiyanın əmək resursları uğrunda savaş - Ekspert rəyi

10-12-2020, 06:25           
Çin və ABŞ arasında Cənubi Asiyanın əmək resursları uğrunda savaş - Ekspert rəyi
Çin sosializmi və Amerika kapitalizmi 800 milyon əməksevər, asanlıqla öyrədilə bilən və kifayət qədər dinc sakinin yaşadığı ərazilərdə ən persektivli insan resurslarını ələ keçirmək uğrunda savaşa baş vurub. Bu barədə İnnovasion İnkişaf İnstitutu Strateji Analiz Mərkəzinin (Rusiya) direktoru Andrey İvanov danışıb.

Onun sözlərinə görə, həm Çində, həm də Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaxşı anlayırlar ki, gəlirin yeganə mənbəyi əlavə dəyərdir və onu əsasən, yalnız əl əməyi hesabına artırmaq olar.

«Əgər biz, əl əməyini maşın əməyilə əvəzləsək, o zaman robotlardan əlavə gəlir əldə edə bilmərik - o səbəbdən dolayı ki, robot öz dəyərini istehsal etdiyi əmtəənin qiyməti üzərinə cəmləyir. Ona görə də gəliri yalnız insan əməyindən əldə etmək mümkün olur - insan öz əməyi ilə əlavə dəyər yaradır» - İvanov qeyd edib.

Ekspert izah edib ki, Cənub-Şərqi Asiya (Vyetnam, Tailand, Malayziya, İndoneziya, Myanma, Şri-Lanka, Kamboca və digər ölkələr) bugünkü vəziyyətə yaganə böyük bölgədir ki, orada 800 milyona yaxın insan yaşayır və perspektivli əmək potensialına malikdir. Orada mütəxəssisi kifayət qədər geniş spektrli fəaliyyətə (ən sadə istehsaldan tutmuş, ən mürəkkəbinə qədər) öyrətmək olar.

«Hazırda orada hər iş görürlər - tekstildən tutmuş, smartfona qədər istehsal olunur. Həmin insan resursları uğrunda da bir tərəfdən Çin, digər tərəfdən isə Biləşmiş Ştatlar arasında mübarizə gedir. Bu mərkəzlərin hər biri öz ideyasını yaradır. Çin təmiz iqtisadi baxımdan hər şeyi pulla, investsiyalarla, yatırımlarla satın alır, amerikalılar isə dominantlığa cəhd edirlər, o cümlədən, öz mədəniyyətlərinin köməyi ilə» - İvanov bildirib.

Ekspert xatırladıb ki, bu yaxınlarda dünyanın ən nəhəng azad ticarət zonası yaradılıb, ASEAN-nın (Cənub-Şərqi Asiya dövlətləri Assosiasiyası) 37-ci sammitində Asiya-Sakit okean ölkələri Hərtərəfli bölgəsel iqtisadi həmkarlıq barədə Çin yönlü saziş imzalayıblar.

«Nə qədər ki, Vaşinqton öz işindədir, Pekin yeni layihələrə baş vurur, onun bugünkü iqtisadi həmkarları isə anlayırlar ki, Səmaaltı ölkə aktiv şəkildə inkişaf edir və 2020-ci ilin yekunlarına görə, müsbət nəticələr göstərəcək yeganə ölkədir. Bu gün Çin qalan ölkələri böhrandan çıxara biləcək yeganə ölkədir. Hətta Yaponiya, Avstraliya, Cənubi Koreya, Yeni Zelandiya da onunla ittifaqa girməyə qərar veriblər. Bu ölkələrin bir çoxu həmişə ABŞ-ın tərəfdaşı olub, amma indi anlayırlar ki, Amerika onları «sürüyəcək» gücdə deyil. Onlar əlbəttə, anlayırlar ki, Çin çox şeyi istisnasız olaraq, özü üçün, özünün praqmatik maraqları üçün edir, ancaq onlar Çinlə əməkdaşlıq edəcəklər, çünki anlayırlar, Çin böyük ehtimalla, hamıdan əvvəl pandemiyaya qalib gələcək və bu il artım göstərəcək və bu dövlətlərin iqtisadiyyatını öz arxasınca aparacaq» - ekspert bəyan edib.

O, qeyd edib ki, baxmayaraq, Çin sosialist ölkəsi sayılır, amma bu, bir çox həmkarları ondan uzaqlaşdırmır. «Əgər müqayisə etsək, məsələn, sovet və Çin sosializmini, o zaman görərik ki, sonuncu o qədər də «dindar» deyil. Bizim üçün vacib olanı maddi baxımdan yaxşı yaşamaq idi. Çin isə daha sadə yolla getdi - hansısa müddətə orta varlılıq göstəricisinə malik cəmiyyət qurmaq, hansısa müddətə isə orta bolluğa malik cəmiyyət yaratmaq. İslahat isə onlarda ondan başladı ki, qarşıya məqsəd qoyuldu - əhalinin 80 faizinin yaşadığı kəndlərdə kütləvi aclığa qalib gəlmək. Onlar ildən-ilə qarşıya qoyulmuş vəzifələri yerinə yetirirlər, üstəlik də artıqlaması ilə yerinə yetirirlər. Ona görə də onların maddi inkişaf ideyası qərb dəyərlərinə oriyentasiya etmiş ölkəni qorxutmur» - deyə, ekspert bildirib və əlavə edib ki, Çinin Konstitusiyasında belə yazılıb - onlar bəşəriyyətin ümumi vahid taleyini yaradırlar və 2050-ci ilə yüksək texnologiyalar üzrə dünyada lider olmalıdırlar.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.