Ceyhun Bayramov Əli Şamxani ilə görüşüb

10-12-2020, 03:53           
Ceyhun Bayramov Əli Şamxani ilə görüşüb
Xarici İşlər Nazirliyi məlumat yayıb



İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovun İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Şamxani ilə görüşü keçirilib.



Xarici İşlər Nazirliyindən AYNA-ya verilən məlumata görə, görüş zamanı Ali Milli Təhlükəsizlik Şurasının katibi Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün bərqərar olmasından və işğal olunmuş ərazilərin aid olduğu əraziyə qaytarılmasından məmnun olduğunu bildirib və Azərbaycan Respublikası hökumətinə və xalqına tərrəqi və inkişaf yolunda uğurlar arzulayıb.



Əli Şamxani, İran və Azərbaycan arasında münasibətlərin inkişafından bəhs edərək, birgə layihələrin başa çatdırılması və müxtəlif sahələrdə yeni əməkdaşlıqlara başlanmasının ciddi səylər tələb etdiyini bildirdi.


Nazir Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycanın haqq mövqeyinə dəstəyini və bu xüsusda nümayiş etdirdiyi prinsipial siyasəti məmnunluqla qeyd edib.



O, iki ölkə liderlərinin ikitərəfli münasibətləri və əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək istiqamətindəki iradəsinə toxunaraq, Azərbaycanın müxtəlif sahələrdə əlaqələri inkişaf etdirməyə hazır olduğunu bildirib.



Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər üzrə fikir mübadiləsi aparıblar.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru