Azərbaycanla danışıqlar ilin sonundək başlaya bilər – Paşinyanın müavini

10-12-2020, 08:42           
Azərbaycanla danışıqlar ilin sonundək başlaya bilər –
Azərbaycanla dövlət sərhəd xəttinə dair danışıqlar ilin sonuna qədər keçirilə bilər.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Tiqran Avinyan parlamentdə keçirilən “hökumət saatı”nda bəyan edib.

Baş nazir müavini əlavə edib ki, ölkə hökumətində bu məsələ ilə qurumlararası qrup məşğul olur.

“Danışıqlara gəlincə, böyük ehtimalla rusiyalı tərəfdaşların vasitəçiliyi ilə bu il aparılacaq”, – deyə Avinyan əlavə edib.

O qeyd edib ki, hələlik Ermənistanla Azərbaycan arasında müəyyən edilmiş sərhəd yoxdur: “Ermənistan tərəfi danışıqlar üçün bütün lazımi xəritələri və sənədləri hazırlayır”.

Tiqran Avinyan Ermənistanın əraziləri güzəştə getmədiyini də vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru