İlham Əliyevin bu sözləri İrəvanı qarışdırdı

18-12-2020, 17:12           
İlham Əliyevin bu sözləri İrəvanı qarışdırdı
Azərbaycan Prezidenti İlham Əliyevin Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında çıxışı Ermənistanı qarışdırıb.

Oxuməni.az xəbər verir ki, Azərbaycan Prezidenti Ermənistanın danışıqlar prosesini pozması və müharibə şəraiti yaratmasından, 44 günlük müharibədən və böyük zəfərimizdən danışıb.
Prezident İlham Əliyevin səsləndirdiyi bir fikir isə İrəvanda siyasi qarşıdurmanın mövzusu olub.
Azərbaycan lideri bildirib: “Müharibə nəticəsində, bizdə olan məlumata görə, Ermənistan silahlı qüvvələrinin potensialının 80 faizi məhv edilib... İndiki Ermənistanı, onun indiki ordusunu Paşinyan yaratmayıb. Onu Sarkisyan və Koçaryan yaradıb”.

Publika.az-ın yazdığına görə, Ermənistan mediası İlham Əliyevin bu fikirlərini: “Əliyev Paşinyanı dəstəklədi” - deyə qələmə verməyə cəhd edir.

Qeyd edək ki, müharibə dövründə və müharibədən sonra Ermənistanın daxili siyasi qarşıdurmasında müxalifətlə hakimiyyətin bir-birinə qarşı irəli sürdüyü ittihamlarda Prezident İlham Əliyev fikirləri xüsusi yer tuturdu.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru