Tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Azərbaycanın müasir K-2 tankları aldığını iddia edib.

19-12-2020, 10:06           
Tanınmış rusiyalı hərbi ekspert Pavel Felgenhauer Azərbaycanın müasir K-2 tankları aldığını iddia edib.
Hərbi ekspertin sözlərinə görə, yüzlərlə Cənubi Koreyanın K-2 “Qara Panter” adlı tankı Azərbaycana gətiriləcək. Həmin tank Rusiyada, eləcə də Ermənistanda olmayan zireh və digər funksionallıqlara sahibdir.
Qeyd edək ki, K-2 “Qara Panter” tankları Cənubi Koreyada “Hyundai-Kia Automotive Group” şirkəti tərəfindən hazırlanır. Dünyanın ən bahalı tankı hesab olunur. Tankda istifadə olunan zirehin tərkibi heç bir ölkəyə məlum deyil. ABŞ tanklarına bənzəyir, amma çəkisi qat-qat yüngüldür. “Qara Panter” avtomatik şəkildə insan müdaxiləsi olmadan hədəfi müəyyən edə və vura bilir. Tankın vura bildiyi hədəflər sırasına təkcə maşınlar yox, helikopterlər daxildir. Geniş şəkildə istehsalına 2013-cü ildə başlanılıb, ilk tank isə 2014-cü ildə orduya təhvil verilib. /Yeniavaz.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru