Nikol Paşinyandan son dəqiqə AÇIQLAMASI: “Əgər torpaqları verməsək, Azərbaycan Ordusu Sünikə daxil olacaq”
19-12-2020, 20:03

“Qarabağda müharibə Ermənistan üçün ağır nəticələr verib. Çox sayda həmvətənimiz həlak olub, Ermənistanda üç günlük matəm elan olunub. Son 84 gün, şübhəsiz ki, xalqımız üçün ən ağır günlərdəndir. Biz millət olaraq dəhşət yaşadıq və yaşayırıq”.
KAİM.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan xalqa müraciətində deyib.
O deyib ki, hazırda ortada böyük bir sual var. “Böyük bir sual ortaya çıxıb: bundan sonra nə etməliyik, bundan sonra necə yaşamalıyıq və hər şey niyə belə oldu? Mən baş verənlərə görə tam məsuliyyəti öz üzərimə götürdüm və xalqımızın çıxaracağı istənilən hökmü qəbul edəcəyəm”, deyən baş nazir əlavə edib ki, bu, xalqı sakitləşdirə bilər, amma keçmişin təkrarlanmaması üçün nə baş verdiyini ciddi şəkildə başa düşməyə kömək etməyəcək”.
Ermənistanın baş naziri müraciətində qeyd edib ki, reallıqla barışmaq lazımdır: “Reallıqla üzləşmək və uzun illər boyunca səhv etdiyimizi, səhvlərimizin sistemli, konseptual, məzmunlu xarakter daşıdığını etiraf etməliyik. Bütün bunlar bizim dövlət institutlarımız üçün belə təhlükə yaradan nəticələrə gətirib çıxarıb”.
O vurğulayıb ki, baş nazir vəzifəsinə gələrkən bütün bunları başa düşürdü və vəziyyəti dəyişdirməyə çalışıb. “Amma indi daha çox əmin oluram ki, tarixin dönən çarxını dayandırmaq üçün, sadəcə olaraq, vaxt yox idi. Müqavimət ümidsiz idi, amma mənasız deyildi”.
DAHA SONRA O, ERMƏNİSTAN-AZƏRBAYCAN DÖVLƏT SƏRHƏDİNİN BƏRPA EDİLDİYİ SYUNİK BÖLGƏSİ (ZƏNGƏZUR) ƏTRAFINDAKI VƏZİYYƏTƏ TOXUNUB. BU, ERMƏNİSTAN MÜXALİFƏTİ TƏRƏFİNDƏN TORPAQLARIN VERİLMƏSİ KİMİ QƏLƏMƏ VERİLİR. 28 İL ƏVVƏL İŞĞAL EDİLMİŞ ZƏNGİLAN VƏ QUBADLI TORPAQLARININ AZƏRBAYCANA QAYTARILMASININ SƏBİBİNİ İZAH EDƏN PAŞİNYAN ONLARI SAXLAMAĞIN MÜMKÜN OLMADIĞINI DİLƏ GƏTİRİB. “MÜQAVİMƏT GÖSTƏRİLƏRSƏ, AZƏRBAYCAN ORDUSU ONLARI ALACAQ VƏ SYUNİKƏ DAXİL OLACAQ. AMMA BU TORPAQLARI KÖNÜLLÜ OLARAQ VERMƏKLƏ, ERMƏNİSTAN KTMT-DƏN AZƏRBAYCANIN DAHA DA İRƏLİ GETMƏYƏCƏYİNƏ DAİR ZƏMANƏT ALMIŞIQ. BU GÜN ARTIQ RUSİYANIN SƏRHƏD QOŞUNLARI VƏ DİGƏR QÜVVƏLƏRİ SÜNİKƏ TAM HƏCMDƏ CƏLB EDİLİB VƏ BU, TƏHLÜKƏSİZLİK NÖQTEYİ- NƏZƏRDƏN TAMAMİLƏ YENİ VƏZİYYƏTDİR”.