Döyüşdə yaralanıb gələn bəzi əsgərlərə qazi statusu nədən verilmir? (ŞƏRH)

19-12-2020, 21:22           
Döyüşdə yaralanıb gələn bəzi əsgərlərə qazi statusu nədən verilmir? (ŞƏRH)
"Hərbi əməliyyatlara qatılan hər bir şəxs veterandır".

Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, II Qarabağ müharibəsində iştirak edən əsgərlərə veteran statusunun verilməsi qanunla tənzimlənir:
"Bu, hərbiyə, silaha, müharibəyə deyil, birbaşa deputatlara aid məsələdir. Bu proses qanunvericilik səviyyəsində tənzimlənməlidir. Hərbi əməliyyatlara qatılan hər bir şəxs veterandır. Qanunvericilikdə "qazi” deyə bir termin yoxdur. Müharibə iştirakçıları üçün veteran, əlil və şəhid statusu var. Mən də bunun əleyhinəyəm".

Ədalət Verdiyev hesab edir ki, əgər əsgər döyüşübsə, nəzərdə tutulan statusu almalıdır:

"Belə söz-söhbət gəzir. Amma mən düşünmürəm ki, yaralanan adama status verməsinlər. Bəziləri var ki, gedib döyüş bölgəsinə çatmamış veteran statusu tələb edir. Amma döyüşə qatılmayana bu status verilməyəcək. Çünki belə olsa, onda orada yaşayan bütün mülki əhali veteran omalıdır, onlar orada atəş altında yasayıblar".

Xatırladaq ki, döyüşdə yaralanıb qayıdan bəzi əsgərlərimiz onlara qazi statusunun verilməməsindən şikayətlərini dilə gitirirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru