"Sözüdür də, deyirlər..." - Vitse-spikerdən Qarabağda rus dili təxribatına REAKSİYA

18-02-2021, 00:17           
"Sözüdür də, deyirlər..." -
Rus dilinin Dağliq Qarabağda rəsmi dil olacağı ilə bağlı açıqlama Azərbaycanda etirazla qarşılanıb. Söhbət Dağlıq Qarabağda separatçı qurumun rəhbəri lideri Araik Arutunyanın açıqlamasından gedir. O bildirib ki, bununla bağlı qanun layihəsi hazırlanıb.

Pravda.az-ın xəbərinə görə, Milli Məclisin sədr müavini Fəzail İbrahimli bu barədə bildirib ki, separatçılar uduzmuş tərəfdir. "Qarabağ problemi artıq Ermənistan insanlarını da bezdirib. Ermənistandan kütləvi surətdə axın baş verir, aclıq, səfalət baş alıb gedir", - deyə vitse-spiker əlavə edib.

F. İbrahimli daha sonra bildirib: "Rus dilinin Dağlıq Qarabağda rəsmi dil ola bilməsi məsələsinə gəlincə, sözdür də deyirlər. Onlar çox şey deyə bilərlər. Dağlıq Qarabağın status məsələsi birmənalı şəkildə gündəmdə deyil. Cənab Prezident İlham Əliyevin də dediyi kimi, status olmayacaq. Status yoxdursa, onların dediklərinin hamısı ancaq söz, özfəaliyyət ola bilər".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru