Angela Merkel: “Üçüncü dalğa ilə qarşılaşdığımızı gizlədə bilmərik”

24-02-2021, 08:38           
Angela Merkel:
Almaniya kansleri Angela Merkel ölkədə artıq pandemiyanın üçüncü dalğası ilə qarşılaşdıqlarına inandığını deyib.

APA yerli “RTL” telekanalına istinadən xəbər verir ki, Merkel bu barədəd Bundestaqdakı çıxışı zamanı bildirib.

Angela Merkel vurğulayıb ki, Kansler Ofisinin rəhbəri Helge Braunun rəhbərlik etdiyi işçi qrupu mövcud karantin tədbirlərinin tədricən ləğvi üçün bir strategiya üzərində işləməyə davam etməlidir: “Üçüncü dalğa ilə qarşılaşdığımızı gizlədə bilmərik”.

AFR hökumətinin başçısı sözügedən strategiyaya rəğmən qeyd edib ki, əvvəlcə mağazalar, restoranlar, sonra otellərin açılması vacibdir.

Qeyd edək ki, Almaniyada ötən il dekabrın 16-dan ciddi karantin qaydaları tətbiq edilib. Məhdudiyyətlər martın 7-dək qüvvədə olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru