AŞ rəhbəri Ankaradakı "kreslo" insidentini şərh etdi - "Çox utanıram..."

10-04-2021, 16:23           
AŞ rəhbəri Ankaradakı "kreslo" insidentini şərh etdi - "Çox utanıram..."
Avropa Şurasının rəhbəri Şarl Mişel Ankarada Avropa Komissiyasının sədri Ursule Fon Der Lyayenin "kreslo" insidentinə görə çox utandığını və narahat olduğunu dilə gətirib.

"Mən bu hadisədən çox təəssüflənirəm. Mümkün olsaydı, geri dönərdim və onu düzəldərdim. Bu, şok hadisə idi", - deyə Mişel "Handelsblatt" qəzetinə müsahibəsində bildirib.

"O vaxtdan bəri gecə pis yatdığımı gizlətmirəm, çünki bu səhnələr mənim hafizəmdən çıxmır. Açığı mən orda başqa reaksiya göstərə bləcəyimdən ehtiyyat edirdim. Onda daha ciddi insident yaranardı" - deyə Avropa Şurasının rəhbəri etiraf edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.