Erməni general Qarabağ müharibəsi ilə bağlı müraciət yaydı: - “Azərbaycan qarşısında müdafiəsiz qalmışıq”

16-04-2021, 16:34           
Erməni general Qarabağ müharibəsi ilə bağlı müraciət yaydı: - “Azərbaycan qarşısında müdafiəsiz qalmışıq”
Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi, general-polkovnik Onik Qasparyan parlamentə, orada təmsil olunan fraksiyaların rəhbərlərinə, təhlükəsizlik komissiyasının sədrinə müraciət edib.

Cebhe.info erməni mətbuatına istinadən bildirir ki, o, Qarabağda müharibədən keçən 5 ay müddətinin vəziyyəti araşdırmaq üçün yetərli zaman olduğunu bildirib. General xüsusilə son zamanlar müharibə günlərində Təhlükəsizlk Şurasının iclaslarında müzakirə olunan məsələlərlə bağlı informasiyaların yayılmasına diqqət çəkib, iclas protokolundan çıxarışların dərc olunduğunu bildirib.

Qeyd edib ki, bütün bunlar ölkənin milli təhlükəsizliyinə təhdiddir, milli birliyə zərbədir və Silahlı Qüvvələrə olan inamı azaldır. Bu məlumatların yayılmasının ölkəni düşmən tərəf qarşısında (oxu - Azərbaycan - red.) müdafiəsiz vəziyyətə gətirəcəyini deyən erməni general 44 günlük müharibə şəraitinin öyrənilməsi üçün xüsusi komissiya yaradılmasını istəyib. O, istintaq komissiyasının işinə yaxından köməyini vəd edib.

Xatırladaq ki, Onik Qasparyan bir müddət əvvəl Baş nazir Nikol Paşinyanın istefasını tələb edən bəyanat yayıb və buna görə də vəzifəsindən kənarlaşdırılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru