Çexiya Rusiya səfirliyinin 63 əməkdaşını ölkədən çıxaracaq

23-04-2021, 07:24           
Çexiya Rusiya səfirliyinin 63 əməkdaşını ölkədən çıxaracaq
“Rusiyanın Praqadakı səfirliyinin 63 əməkdaşı Çex Respublikasını tərk etməlidir”.

APA xəbər verir ki, bu barədə cümə axşamı Çex televiziyasında ölkənin Xarici İşlər naziri Yakub Kulqanek bildirib.

Nazir deyib ki, söhbət ailə üzvləri ilə birlikdə Çexiyanı tərk edəcək Rusiya səfirliyinin 63 əməkdaşından gedir: “Rusiyanın Praqa səfirliyindəki rus diplomatların sayı Çexiyanın Moskvadakı diplomatlarının sayına qədər azaldılacaq”.

Kulqanek əlavə edib ki, sözügedən qərar bu gündən qüvvəyə minir. Rusiya tərəfi bununla bağlı məlumatlandırılıb. Onlar may ayının sonuna qədər Çexiyanı tərk etməlidirlər”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru