Çin Britaniya parlamentindən uyğurlarla bağlı səsvermənin ləğvini tələb etdi

23-04-2021, 07:44           
Çin Britaniya parlamentindən uyğurlarla bağlı səsvermənin ləğvini tələb etdi
Rəsmi Pekin Böyük Britaniya parlamentindən Çin Xalq Respublikasının şimal-qərbində Sinszyan-Uyğur muxtar rayonunda "insan hüquqları və soyqırımı sıxışdırılması"na aid olan səsvermənin ləğvini tələb edir.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Çinin Londondakı səfirliyi tərəfindən yayılmış bəyanatda deyilir.

"Britaniyanın İcmalar Palatası 22 aprel tarixində Sinzyanda insan haqlarının pozulması və milli azlıqlara qarşı soyqırımı faktını tanıyan səsverməni bəyənib. Böyük Britaniyanın müvafiq məsələlərə obyektiv baxmasını, Çin Xalq Respublikasının əsas mənafelərinə hörmət göstərməsini və səhvini dərhal düzəltməsini tələb edirik", - sənəddə deyilir.

Bəyanatda qeyd edilir ki, Pekin ona qarşı irəli sürülən ittihamları rədd edir, çünki onların böhtan hesab edir və özünün müstəqilliyini mətanətlə müdafiə edəcək.

"London İngiltərədəki insan haqlarına riayət edilməsi ilə əlaqədar problemləri bəzəməyə çalışır, eyni zamanda digər ölkələri də günahlandırır - bu açıq-aşkar ikiüzlülük və ikili standartlardır", - bəyanatda vurğulanır.

Sinszyanda Çinin ən çoxsaylı milli azlıqlarından biri – İslam dininə etiqad edən uyğurlar yaşayır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru