“Göyə bir güllə atılan kimi, Qarabağdan qaçmaq istəyirlər” - Erməni separatçıdan etiraf

27-07-2021, 10:13           
 “Göyə bir güllə atılan kimi, Qarabağdan qaçmaq istəyirlər” -
Qarabağda yaşayan ermənilərin oradan çıxıb getdiyini, ilk imkanda qaçmağa hazır olduqlarını elə separatçıların özləri də təsdiq etməyə başlayıblar. JAMAZ.İNFO xəbər verir ki, Xankəndidə özünü qondarma “DQR-in xarici işlər naziri” kimi təqdim edən David Babayan bu gün mətbuata verdiyi açıqlamasında dolayısı ilə bunu təsdiqləyib.

O deyib ki, son günlər Qarabağ və onun ətrafında (Ermənistanla sərhəddi nəzərdə tutur) baçş verən silahlı insidentlər orada yaşayan ermənilər tərəfindən birmənalı qarşılanmayıb. O iddia edib ki, guya, atəşkəsi məhz Azərbaycan tərəfi pozur və bu ermənilərin qorxmasına hesablanıb. “Azərbaycan planlı şəkildə hərəkət edir. Eerməni mediasının özü də bilmədən Azərbaycanın maraqlarını qoruduğu da diqqəti çəkir. Çünki havaya bir güllə atılan kimi, mətbuat yeni müharibənin başlanmasından, faciənin baş verməsindən və əhalinin qorxu içində olmasından yazır. Nəticədə, Azərbaycan istəyinə çatır. Yəni, havaya bir güllə atmaqla Qarabağda yaşayan ermənilərin qorxuya düşməsinə nail ola bilir”.

Babayan hesab edir ki, havaya Azərbaycan tərəfindən atılan hər bir güllənin məqsədi Qarabağdakı ermənilərin kütləvi şəkildə ərazini tərk etməsinə hesablanıb. O iddia edib ki, Azərbaycan hazırda Qarabağda heç bir genişmiqyaslı əməliyyat apara bilməz. Bunu “əsaslandırmaq” üçün isə orada rus sülhməramlılarının olmasını göstərib. Və əlavə edib ki, “dost rus sülhməramlıları erməni xalqını hər zaman qoruyacaq”.

Daha sonra, o ermənilərin Qarabağı tərk etdiklərini dolayısı ilə etiraf edib. “Azərbaycanın bu dəqiqə çalışdığı əsas məsələ az xərc, qan tökülmədən istəyinə nail olmaqdır. Baxın, bir güllənin dəyəri cəmi 1-1.5 dollardır. Azərbaycan əsgəri onun birini göyə atmaqla Qarabağda yaşayan ermənilər qorxuya düşür. Onlarda belə bir fikir yaranır ki, müharibə başlayacaq. Özündən, ailəsindən qorxaraq, Qarabağı tərk etmək fikrinə düşür. Hətta tərk edənlər də olur. Diqqət edirsinizmi, havaya atılan 1-1.5 dollarlıq güllə hansı ajiotajı yaradır. Belə vəziyyət insanlarda inamsızlıq, ümidsizlik yaradır”.

David Babayan baş verənlərdən təkcə, Qarabağ ermənilərin deyil, həmçinin xaricdə yaşayan ermənilərin də qorxduğunu etiraf edib. “Bundan başqa, bu gün Qarabağda xaricdə yaşayan erməni həmvətənlərimiz bir sıra layihələr həyata keçirmək istəyir, investisiya qoymaq istəyir. Belə hadisələr fonunda onlar da qorxurlar, fikirlərini dəyişirlər”.

Separatçıların nümayəndəsi deyir ki, son günlər Qarabağda belə bir xəbər yayılıb ki, Azərbaycan və Türkiyə Orduları atəşkəsi pozacaq, Xankəndidəki hansısa obyektlərə hücumlar təşkil edəcək. “Bu xəbərlər çoxtərəfli oyunun bir hissəsidir. Yəni, cəmi 1 dollarlıq bir gülləni havaya atmaqla minlərlə erməni qaçacaq, vaqonlarda yaşayacaq”.

David Babayan sonra Qarabağ ermənilərinə müraciət edərək, onları belə hallardan qorxmamağa çağırıb. “Belə hallardan qorxmaq lazım deyil. Düşmənin məqsədi bəllidir. Öz doğma yurdlarının qoyub, getmək haqqında fikirləşməyin”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.