ABŞ tankerə hücuma görə İranı ittiham etdi

2-08-2021, 06:19           
ABŞ tankerə hücuma görə İranı ittiham etdi
Amerika Birləşmiş Ştatları “Mercer Street” tankerinə edilən hücumun arxasında İranın dayandığını bəyan edib.

Gununsesi.info xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken açıqlama yayıb.

“Buna heç bir bəhanə ola bilməz”, – deyən Blinken hadisəyə görə İranı ittiham edib:

“Mövcud məlumatları araşdırdıqdan sonra əminik ki, İran partlayıcı qurğularla təchiz olunmuş pilotsuz uçuş aparatlarından istifadə edərək, iki günahsız insanın ölümü ilə nəticələnən hücumu həyata keçirib”.

ABŞ rəsmisi diqqətə çatdırıb ki, İrana yaxın gələcəkdə adekvat cavab veriləcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru