“Jirinovskinin çıxışına görə Azərbaycandan üzr istəyirəm” – Sergey Markov

2-08-2021, 16:22           
 “Jirinovskinin çıxışına görə Azərbaycandan üzr istəyirəm” –
“Azərbaycan, Gürcüstan və Ermənistana qarşı Vladimir Jirinovskinin kobud və təhqiredici çıxışı qəti şəkildə Kremlin mövqeyini əks etdirmir. Bu tamamilə onun öz mövqeyidir. Jirinovskinin təbliğat kampaniyasının müddəti azdır, ona görə də bu kimi çıxışlarla o, öz seçicilərini cəlb etməyə çalışır”.

Bu sözləri Yenisabah.az-a açıqlamasında Rusiyanın tanınmış ictimai xadimi, Siyasi Araşdırmalar İnstitutunun baş direktoru Sergey Markov deyib.

“Onun seçicilərinin əksəriyyəti kişilər, yüksək təhsilli və az maaşlı şəxslərdir və onlarda bu tip çıxışlar daha yüksək əhval-ruhiyyə yaradır. Buna görə də Jirinovski sərt çıxışlar edərək onları cəlb edir. Lakin dediyim kimi, onun bu çıxışları qəti şəkildə Rusiya siyasəti deyil, şəxsi fikirləridir”,-deyə politoloq bildirib.

Həmsöhbətimiz güman edir ki, Jirinovski təbliğat kampaniyası bitdikdən sonra Azərbaycandan üzr istəyəcək və ya daha yumşaq çıxışı ilə özünü Azərbaycana əfv etdirməyə çalışacaq:

“Şəxsən mən Jirinovskinin çıxışına görə bütün rus politoloqlar adından Azərbaycandan üzr istəyirəm. Həmçinin Azərbaycana qarşı kobud və yaraşmayan fikirlər səsləndirən bütün rus siyasətçilərin adında da üzr istəyirəm. Onun bu çıxışı Azərbaycanı sevmədiyi anlamına gəlmir, mən əminəm ki, Jirinovski Azərbaycanı çox sevir, İlham Əliyevə qarşı böyük rəğbət bəsləyir. Yəqin ki, kampaniya bitəndən sonra o uyğun addım atacaq. Siz onu bağışlayın”.шаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.