BMT Əfqanıstana sülhməramlı göndərməyi nəzərdən keçirmir

3-08-2021, 07:45           
BMT Əfqanıstana sülhməramlı göndərməyi nəzərdən keçirmir
BMT Təhlükəsizlik Şurası ABŞ qoşunları və müttəfiqləri Əfqanıstandan çıxdıqdan sonra təşkilatın sülhməramlılarını bu ölkəyə yerləşdirmək məsələsini hələ müzakirə etməyi planlaşdırmır.

“Report” xəbər verir ki, bunu Hindistanın BMT-dəki daimi nümayəndəsi T.S.Tirumurti bəyan edib.

Onun sözlərinə görə, “Taliban” hərəkatı ilə ölkə rəhbərliyi arasında sülhün əldə edilməsi üçün danışıqlar aparması vacibdir:

“BMT Təhlükəsizlik Şurası, ehtimal ki, hadisələrin pisləşəcəyi fonunda gec -tez Əfqanıstandakı vəziyyəti araşdıracaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru