Putindən Qarabağla bağlı AÇIQLAMA

20-08-2021, 00:08           
Putindən Qarabağla bağlı AÇIQLAMA
Rusiya və Fransa prezidentləri Vladimir Putin və Emmanuel Makron arasında telefon danışığı olub.

Makronun xahişi ilə Putin onu Qarabağla bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarının həyata keçirilməsinin gedişatı barədə məlumatlandırıb.

Regionda ümumilikdə vəziyyətin stabil olduğu, Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və əhalinin humanitar ehtiyaclarının ödənilməsi üçün addımların atıldığı qeyd olunub. Dağlıq Qarabağ nizamlanmasının müxtəlif aspektləri üzrə, ilk növbədə, ATƏT-in Minsk Qrupunda gələcək birgə iş üçün qarşılıqlı niyyət ifadə olunub.

Rusiya və Fransa prezidentləri Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsindən sonra yaranan vəziyyəti, İranın nüvə problemi ətrafındakı vəziyyəti, Ukraynanın cənub-şərqindəki problemi müzakirə ediblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru