Rusiya nə üçün "Taliban"a yaxınlaşır? - "İki istiqamət üzrə onlardan istifadə olunacaq"

18-09-2021, 13:42           
Rusiya nə üçün "Taliban"a yaxınlaşır? -
Rusiya artıq "Taliban turu" adlı turist səfərləri təklif edib. Belə ki, turistlər üçün Əfqanıstana 10 günlük səyahət imkanı yaradılır. Bundan başqa siyasi arenada da Rusiyanın qarşıdakı zaman ərzində "Taliban'la yaxın əlaqələrinin qurulma ehtimalı açıq sezilməkdədir.

Maraqlıdır, Rusiya-Taliban yaxınlaşması nəyə istiqamətlənib? Rusiya açıq yaxud gizlin şəkildə bu yaxınlaşmadan ABŞ əleyhinə istifadə edə bilərmi?

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Məhəmməd Əsədullazadə Rusiyanın bir müddət "Taliban"dan müsbət reaksiya almaq istədiyini bildirib:

"Əfqanıstanda "Taliban"ın hakimiyyətə gəlməsi ilə Rusiyanın narahatlığını sezmək olurdu. Rusiya Mərkəzi Asiyada "Taliban"ın arta biləcək mövqeyindən ciddi şəkildə ehtiyat edirdi. Buna görə də Rusiya gözləmə mövqeyində olub, "Taliban"dan müsbət reaksiya almaq istəyib. Göründüyü kimi "Taliban"ın Rusiya, Çin və digər ölkələrlə əməkdaşlığa üstünlük verəcəyini qeyd etməsi artıq Moskvanı hərəkətə gətirib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının toplantısında "Taliban"la əlaqələrin qurulmasının vacibliyini qeyd etdi. Düşünürəm ki, Rusiya çalışacaq ki, "Taliban"la əlaqələr normallaşsın. "Taliban" üzvləri əvvəldən Moskvaya gedib-gəlirdi. Bundan sonra da "Taliban" və Rusiya arasında iqtisadi əlaqələrin qurulmasını istisna etmirəm.

Politoloq rəsmi Moskvanın "Taliban"ı Qərb və ABŞ əleyhinə istifadə edə biləcəyini deyib:

"Təbii ki, Rusiya çalışacaq ki, "Taliban"ın Mərkəzi Asiyaya olan aqressiyasının qarşısını alsın, onları Qərbə qarşı yönləndirsin. "Taliban" da Rusiya ilə əməkdaşlıqda maraqlıdır və olsa bilsin ki, bununla da legitimliyini tanıtmaq istəyir. Ola bilər ki, müəyyən taktiki zamanda Rusiya "Taliban"ı ABŞ-ın əleyhinə formalaşdıra bilsin".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.