Gürcüstan 3+3 formatında Rusiya ilə birgə iştirakı nəzərdən keçirməyəcək

10-10-2021, 00:03           
Gürcüstan 3+3 formatında Rusiya ilə birgə iştirakı nəzərdən keçirməyəcək
Gürcüstan Rusiya Federasiyası ilə birlikdə 3+3 formatında iştirak imkanını nəzərdən keçirmir.

Bu barədə Gürcüstan XİN-in rəsmi bəyanatında qeyd olunub.

Gürcüstan XİN-dən qeyd olunub ki, nazir David Zalkalianinin oktyabrın 7-də Birinci kanala müsahibəsi zamanı qeyd etdiyi fikirlər yanlış təqdim olunub.

Gürcüstanın Xarici İşlər Nazirliyi həmçinin ölkənin regionda vacib rol oynadığını da vurğulayıb.

“Burada bizim Asiya ilə Avropanın birləşdirilməsində əhəmiyyətli rol oynayan və Gürcüstanın iqtisadi və siyasi müstəqilliyinə zəmin yaradan strateji vacib layihələrdə iştirakımız nəzərdə tutulur”, - deyə Gürcüstan XİN-dən bildirilib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.