Bu ölkələr NATO-ya qəbul edilməyəcək

10-10-2021, 07:05           
Bu ölkələr NATO-ya qəbul edilməyəcək
NATO Asiya və Afrika ölkələrini üzvlüyə qəbul etməyi nəzərdə tutmur.

Bu barədə təşkilatın baş katibi Yens Stoltenberq bildirib.

"NATO öz təsisat sənədində Avropa ilə Şimali Amerikanın birliyi olduğunu bəyan edib. Təşkilatın kənara genişlənməsi, yaxud Asiya və Afrika ölkələrinin üzvlüyə qəbul edilməsi kimi planlar yoxdur. NATO regional təşkilat olub və elə qalacaq” – deyə, o qeyd edib.

Bundan əlavə, NATO-nun Çini düşmən olaraq dəyərləndirmədiyi də diqqətə çatdırılıb: "Biz silahlar üzərində nəzarət, iqlim dəyişikliyi kimi məsələlərdə Çinlə də əməkdaşlıq etmək niyyətindəyik”. /anews.az/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru