Tiflisdə mitinq: Saakaşvilini azad edin!

11-10-2021, 00:02           
Tiflisdə mitinq: Saakaşvilini azad edin!
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin azad edilməsi tələbi ilə Tiflisdəki parlament binasının qarşısında aksiya keçirilir.

Axar.az xəbər verir ki, bu barədə gürcü mediası məlumat yayıb.

Məlumata görə, aksiyanı Saakaşvilinin ölkəyə qayıtması üçün hərəkat yaradan Gürcüstanın müxalif partiyasının lideri Tako Çarkviani təşkil edib.

Etirazçıların əllərində Gürcüstan bayraqları və Saakaşvilinin fotoşəkilləri var. Siyasətçinin azad edilməsini tələb edən daha geniş miqyaslı aksiyanın oktyabrın 14-də Tiflisin mərkəzində keçirilməsi planlaşdırılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru