Aram Vardevanyan: “Ermənistan Avropanın 3 müxalif deputatın həbs edildiyi yeganə ölkəsidir”

11-10-2021, 08:43           
Aram Vardevanyan: “Ermənistan Avropanın 3 müxalif deputatın həbs edildiyi yeganə ölkəsidir”
“Ermənistan Avropanın 3 müxalif deputatın qanunsuz həbs edildiyi yeganə ölkəsidir, özü də Milli Məclisin razılığı olmadan. Amma ABŞ səfiri, Avropa Birliyi ölkələrinin ölkəmizdəki diplomatları qətiyyətli sükutu saxlayırlar”.

“Report” xəbər verir ki, bu barədə parlamentin "Ermənistan fraksiyasının deputatı Aram Vardevanyan feysbukdakı səhifəsində yazıb.

Deputatın sosial şəbəkədə paylaşdığı videoçarxda ABŞ səfirinin 9 il əvvəl müxalif deputat Vardan Oskanyanın cinayət təqibi haqqında danışması əks olunub.

"ABŞ-ın Ermənistandakı səfiri 9 il əvvəl müxalif deputat Vardan Oskanyanın həmin vaxt cinayət təqibi haqqında danışırdı. Ölkənin daxili işi ifadəsi səfiri utandırmırdı”, - o yazıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru