Ermənilər üçün “canı yanan” əmindir ki..?
11-10-2021, 08:58

Fransada “Milli Birlik Partiyası”nın lideri Marin Le Pen bu dəfə Fransadakı prezident seçkilərinin ikinci turuna girəcəyinə və qalib gələcəyinə əminlik bildirib.
O, BFMTV telekanalının efirində “seçkilərin ikinci turunda iştirak edəcəyimi ciddi şəkildə düşünürəm”-deyə bildirib.
Maraqlıdır ki, o bu sahədə “təzə sima” olmadığını da tamaşaçılara çatdırıb. Qeyd edək ki, o əvvəlki prezident seçkilərinə də qatəlıb.
“Başa düşürəm, həm Emmanuel Macron və həm də mən jurnalistlər üçün darıxdırıcıyıq, çünki bu namizədlər artıq məlumdur, yəni əksəriyyət üçün daha az maraqlıdır. Ancaq mən bütün bunlara baxmayaraq, seçkilərin ikinci turunda iştirak edəcəyəm. ...Və etiraf edirəm ki, bu seçkiləri qazanacağam”.
Yeri gəlmişkən bildirim ki, Marin Le Pen, bizlərdə el arasında deyildiyi kimi, “pırt eləyib ermənilərin burnundan” düşənlərdəndir. Onu da xatırladım ki, Azərbycan Ordusu erməniləri qovub işğal etdikləri ərazilərdən çıxaranda bu fransız qadın Qərbi “Bakıya qarşı möhkəmlik” (?) nümayiş etdirməyə çağırırdı.
“Qarabağın Ermənistana verilməsini” özünə “şüar edən” Marine Le Pen 1915-ci il “erməni soyqırımı”nın bütün dünya ölkələri tərəfindən geniş şəkildə tanınmasının lazım olduğuna da çağırış erənlədən biridir.
...Nə bilmək olar, bəlkə o da bəzi həmkarları kimi, hakimiyyətə gəlmək üçün Fransadakı ermənilərdən, onlardan alacaqları səslərdən yararlanmaq üçün oynadığı oyundur..?