"Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb" - Aqil Abbas

11-10-2021, 15:33           
"Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb" - Aqil Abbas
“Mədəniyyət Nazirliyinin başı ayrı işlərə qarışıb. Möhtərəm Prezident Şuşanı Azərbaycanın mədəniyyət paytaxtı elan edib. Ancaq Şuşanın Mədəniyyət Mərkəzi yoxdur”.
Bakupost.az xəbər verir ki, bunu deputat Aqil Abbas parlamentin bu gün keçirilən plenar iclasında deyib.
Onun sözlərinə görə, Sumqayıtdan nə bir muğam oxuyan, nə də tarzən çıxıb: “Şuşa Mədəniyyət Mərkəzi Sumqayıtdan ayrılmalıdır. Bu nə deməkdir? Yeni mədəniyyət naziri var. Baxsın, görüsün. Bu gün Şuşa yenidən tikilir. Camaat da yenidən evlərinə qayıdacaq. Belə çıxır ki, onlar yenidən Sumqayıta qayıdacaqlar? Mədəniyyət Nazirliyi Şuşa Mədəniyyət Mərkəzinin fəaliyyətini bərpa etsin”.
Milli Məclisin sədri Sahibə Qafarova isə deyib ki, Şuşa işğaldan azad edilib və bütün qurumlar da yerinə qaytarılacaq.
Deputat Elman Məmmədov da təklif edib ki, Qarabağ Regional Mədəniyyət Mərkəzi yaradılsın: "Həmin mərkəz isə Şuşada yerləşdirilsin".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru