İrandan ölkəmizə qarşı daha bir AÇIQLAMA - “Yeni ticarət marşrutlarımız Azərbaycanı əvəzləyəcək”

11-10-2021, 15:39           
İrandan ölkəmizə qarşı daha bir AÇIQLAMA -
İranın Ticarətin İnkişafı Təşkilatının prezidenti Əlirza Paymanpak Azərbaycana qarşı sərt çıxış edib.

Modern.az yerli KİV-ə istinadən xəbər verir ki, Paymanpak İranın Rusiya və Avropaya gedən ticarət dəhlizlərinin Azərbaycan ərazisindən yan keçəcəyini əlavə edib.

“İran mallarının Azərbaycan ərazisindən keçməsi həmişə problemli olub. Bunun nəzərə alaraq, Azərbaycana alternativ olan 2 dəhliz üzərində dayandıq. Marşrutlardan biri Ermənistandan başlayıb Gürcüstan ərazisindən Rusiyaya keçir. Bu yol 1 aya hazır olacaq. Digər yol isə Xəzər dənizindən keçir”- deyə məmur söyləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru