"Ukraynaya öldürücü silahlar satın" - Pentaqon nümayəndəsi müttəfiqlərə səslənib

30-10-2021, 11:56           
"Ukraynaya öldürücü silahlar satın" -
ABŞ müdaifə nazirinin Rusiya, Ukrayna və Avrasiya işləri üzrə müavini Lora Kuper hesab edir ki, Vaşinqtonun bütün müttəfiqləri Kiyevə məhvetmə qabiliyyətli silah-sursat tədarükünə qoyulan məhdudiyyətləri aradan götürməlidir.

O, oktyabrın 28-də Vaşinqton strateji və beynəlxalq tədqiqatlar Mərkəzi tərəfindən təşkil olunmuş virtual tədbirdə çıxış edib.

«Əvvəla, mən istərdim ki, bütün müttəfiqlər kömək qismində letal müdafiə vasitələrinin tədarükünə qoyulmuş məhdudiyyətləri aradan götürsünlər» - Kuper deyib.

Xanım məmur xatırladıb ki, ABŞ bundan əvvəl Ukraynaya Amerika tank əleyhinə «Javelin» raketləri verib.

«Bu, müdafiə üçn letal vasitələrin nümunəsidir ki, biz vermişik. Amma bəzi müttəfiqlərin əvvəlki kimi, belə məhdudiyyətləri var» - o, əlavə edib.

«Mən, hesab edirəm ki, Ukraynanın müdafiə olunmaq üçün vasitələr əldə etmək imkanı olmalıdır» - Pentaqon nümayəndəsi qeyd edib.

AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru