Rəsul Quliyev tarixi "reviziya" edir, istiqlalçı deputatları saxtakarlıqda ittiham edərək:“Gələcək nəsillərə hansı yalanları sırıyacaqlar...”

30-10-2021, 12:53           
 Rəsul Quliyev tarixi "reviziya" edir, istiqlalçı deputatları saxtakarlıqda ittiham edərək:“Gələcək nəsillərə hansı yalanları sırıyacaqlar...”
Azərbaycanın sabiq spikeri Rəsul Quliyev istiqlalçı deputatlarla bağlı məsələyə münasibət bildirib.

Teref.az pravda.az-a istinadən R.Quliyevin fikirlərini təqdim edir:

“Tarixi faktları saxtalaşdırmaq və bir tərəfli analiz edib, xalqı yalanlarla çaşdırmağın əleyhinəyəm. Yaşadığım dövrdə tək Azərbaycan deyil, bütün sovet məkanında baş verənləri dərindən bilirəm və düşünürəm ki, 30 ildir, özlərinin qəhrəman olduqlarını sübuta yetirmək üçün dəridən-qabıqdan çıxanların rolunu bir daha izah etməyin vaxtı çatıb. İstiqlalçı deputatların özlərini nə üçün istiqlalçı adlandırmaları kimi gülməli və ağlamalı iddiaların fundamentini izah etməyə çalışacağam. “Azərbaycanın sovetin tərkibində qalmaq istəyirəm” referendumunun keçirlməsi və böyük səslə “Qalıram” deməsində müxalifətin ziyalılarının rolunun nədən ibarət olduğunu izah edirəm. Azərbaycanın Sovetlərin artıq olmadığı, tək Azərbaycanın qaldığı vaxt müstəqillik elan etməsini izah etməliyəm. Maraqlıdır, Azərbaycan kimə müstəqilliyini elan edirdi. Və bir çox buna aid məsələləri izah etməliyəm. Bu mənim tarixi saxtalaşdıranlara qarşı cavabımdır. Təssəvvür edirsiniz, bu gün o hadisələrin iştirakçısı olmuşlar belə saxtalaşdırma ilə məşğuldursa, 50 ildən sonra gələn nəsillərə hansı yalanları sırıyacaqlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.