Ərdoğanla Bayden görüşünün vaxtı məlum oldu

31-10-2021, 00:05           
Ərdoğanla Bayden görüşünün vaxtı məlum oldu
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ Prezidenti Cozef Baydenin görüşəcəyi tarix açıqlanıb.

Teref.az bu barədə “Reuters” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, liderlərin görüşü bazar günü, oktyabrın 31-də baş tutacaq.

Görüş zamanı ABŞ istehsalı olan taktiki-qırıcı təyyarələr (F-15) və müdafiə sahəsində əməkdaşlıq məsələlərinin müzakirə olunacağı bildirilir.

Qeyd edək ki, Türkiyə və ABŞ prezidentləri “Böyük İyirmilik” (G20) ölkələri liderlərinin Roma sammitində iştirak edir./report












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru