Ərdoğan Romada Cənubi Qafqaz altılığı məsələsini gündəmə gətirib

1-11-2021, 08:07           
Ərdoğan Romada Cənubi Qafqaz altılığı məsələsini gündəmə gətirib
Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər.
Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq.
Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Romada G20 Liderlərinin Samitinin yekunlarına dair keçirdiyi mətbuat konfransında söyləyib.
ABŞ Prezidenti Co Baydenlə görüşündə Cənubi Qafqazdakı vəziyyəti müzakirə etdiklərini bildirən Rəcəb Tayyib Ərdoğan deyib:
“Cənubi Qafqazda altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının tərəfdarıyıq. Bu ölkələr Azərbaycan, Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistandır. Altı ölkə ilə birgə bu addımı atmağı və bölgədə sülhü təmin etməyi istəyirik.
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın iştirakı ilə altıtərəfli əməkdaşlıq platformasının yaradılmasının mümkünlüyü ideyasını irəli sürüb. Əgər bütün tərəflər müsbət yanaşma nümayiş etdirərsə, bölgədə belə bir əməkdaşlıq platforması yaradıla bilər. Bu platforma yaradılandan sonra bölgədə tez bir zamanda sülh təmin olunacaq”.
***
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fransa Prezidenti Emmanuel Makronla görüşündə Cənubi Qafqazdakı atılan addımlarla bağlı müzakirə aparıb.
Bunu İtaliyanın paytaxtı Romada keçirilən G-20 sammitindən sonra mətbuata açıqlama verən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
R.T.Ərdoğan deyib ki, görüş zamanı Yunanıstan, Əfqanıstan, Liviya, Suriya mövzusunda da Fransa prezidenti ilə müzakirə aparıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru