“Bahalaşma siyasətindən imtina edilməsə, vəziyyət hakimiyyətin nəzarətindən çıxa bilər” – AÇIQLAMA
2-11-2021, 07:10
“226 dövlət rüsumunun məbləği artırılır. Heç bir iqtisadi əsaslandırılması yoxdur və ola da bilməz. Bu, büdcəyə əlavə vəsitin cəlb olunmasından başqa bir şey deyil”.
Sozcu.az xəbər ki, bu fikirləri KONKRET.az-a açıqlamasında tanınmış iqtisadçı ekspert Qadir İbrahimli səsləndirib. O bildirib ki, hökumət iri şirkətlərin vergi potensialını büdcəyə cəlb etmək əvəzinə yenidən camaatın cibinə əl qoyur. Bu isə növbəti bahalaşmaya səbəb olacaq: “Məsələn, dərman vasitələrinin dövlət qeydiyyatına görə rüsumların artırılması dərmanların bahalaşasına səbəb olacaq. Onsuz da dərman, eləcə də istehlak bazarının başqa seqmentlərində qiymətlər daim artır, rüsumların bahalaşması isə prosesi stimullaşdıracaq”.
Qadir İbrahimli: “Qarabağda da məmurlara yaxın şirkətlərə fürsət yaradılacaq”
Qadir İbrahimlinin sözlərinə görə, təəssüflər olsun ki, əhalinin gəlirləri artmır, yaxud cüzi artır ki, bu da bahalaşma tempinə adekvat deyil: “Hökumət bahalaşma siyasətindən imtina etməsə, yaxın aylarda sosial vəziyyət daha da pisləşəcək. Hətta vəziyyətin siyasi hakimiyyətin nəzarətindən çıxması ehtimalı da var. “Ac qılınca çapar” atalar sözü havadan götürülməyib”.