Ermənistan Azərbaycanın təklifinə CAVAB VERDİ: Vəziyyət dəyişir - Bakı və Ankaranın təklifi...

5-11-2021, 11:05           
Ermənistan Azərbaycanın təklifinə CAVAB VERDİ: Vəziyyət dəyişir -
Regional əməkdaşlıq formatları Qarabağ münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin himayəsi altında aparılan danışıqlar prosesini təkrarlamamalıdır.

Bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahe Gevorqyan deyib.

Nazir müavini bildirib ki, regionda vəziyyət dəyişir, üçmərhələli qarşılıqlı fəaliyyət formatları yaradılır:

“İrəvan müxtəlif platformalarda, o cümlədən “3+3” formatında regional məsələlərin müzakirələrində iştirak etmək təklifləri alıb. Daxil olan bütün təkliflər müzakirə olunur və konkret qərarlar barədə danışmaq hələ tezdir. Bütün riskləri və perspektivləri ölçüb-biçmək, bu məsələyə vahid yanaşma nümayiş etdirmək zəruridir”.

Qeyd edək ki, “3+3” (Azərbaycan-Gürcüstan-Ermənistan və Türkiyə-Rusiya-İran) formatında əməkdaşlıq təklifini Bakı və Ankara irəli sürüb. avropa.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.