Rusiya hansı səbəbdən “altılıq platformanın yaradılması”nda maraqlıdır?

5-11-2021, 12:15           
Rusiya hansı səbəbdən “altılıq platformanın yaradılması”nda maraqlıdır?
Zaxarova bildirib ki, Moskva Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş “3+3” regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyir...

Politoloq: “Mariya Zaxarova ölkəsinin Azərbaycan və Türkiyə prezidentlərinin irəli sürdüyü “altılıq platforması”nın (“3+3”) yaradılması ideyasını dəstəklədiyini bir daha bəyan edib. Amma belə bir sual ortaya çıxır. Bəs onda Moskva İrəvanı niyə tələsdirmir?”.

“Altılıq” formatı ona görə Rusiyanın maraqlarına cavab verir ki, regional məsələlərə ABŞ və Avropa İttifaqı qarışmasın”.

Bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın “altılıq platforması” haqqındakı fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Dünən Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq keçirib və bu brifinqdə bəzi məsələlərə münasibət bildirib. Brifinq zamanı verilən suala cavab olaraq Zaxarova bildirib ki, Moskva Azərbaycan və Türkiyə prezidentləri tərəfindən irəli sürülmüş “3+3” regional məşvərət mexanizmini yaratmaq fikrini dəstəkləyir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.