Separatçılar Azərbaycana MEYDAN OXUYUR... - "Bizim üçün Azərbaycanın bir hissəsi olmağı nəzərdə tutan istənilən status qəbuledilməzdir"

10-11-2021, 15:21           
Separatçılar Azərbaycana MEYDAN OXUYUR... -
“Azərbaycanla sülh istənilən halda lazımdır, amma bunun nəyin bahasına olduğunu bilmək vacibdir”.
Yeniavaz.com xəbər verir ki, bunu qondarma Dağlıq Qarabağ Respublikasının xarici işlər naziri David Babayan Xankəndidə rusiyalı jurnalistlərlə görüşündə “Sputnik Ermənistan”ın sualını cavablandırarkən deyib.
Babayan son zamanlar Ermənistanın siyasi rəhbərliyi tərəfindən fəal şəkildə elan edilən “sülh gündəmi” barədə danışıb.
“Hamı sülh istəyir, istənilən normal insan sülhü müharibədən üstün tutur. Amma nəyin bahasına, bu sualdır. Məsələn, bizim üçün Azərbaycanın bir hissəsi olmağı nəzərdə tutan istənilən status qəbuledilməzdir. Bu, mümkün deyil”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.