Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq

27-11-2021, 00:07           
Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası mexanizmləri ilin sonuna kimi yaradılacaq
İlin sonuna kimi Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası və delimitasiyası mexanizmləri yaradılacaq.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin çıxış edib.

V.Putin qeyd edib ki, sərhədlərin demarkasiya və delimitasiyası ilə bağlı heç bir maneə yoxdur.

Rusiya lideri Soçidə Azərbaycan və Ermənistan liderləri ilə keçirilmiş görüşü məhsuldar adlandırıb:

"Biz çox konstruktiv işlədik, vəziyyəti dərindən təhlil etdik".

V.Putin deyib ki, gələn həftə baş nazirin müavinləri səviyyəsində görüş keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.