Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?

27-11-2021, 19:20           
Bayden "düymə"yə basdı: - Rusiyanı nə gözləyir?
Vaşinqton Rusiyanın Ukraynaya qarşı hərbi addım atacağı təqdirdə həll variantlarını müzakirə edir.

Cebhe.info xəbər verir ki, bu barədə Amerikanın "The Wall Street Journal" nəşrində ABŞ Prezidenti Co Bayden administrasiyasının Rusiya tərəfini cilovlamaq planlarından bəhs edilib.

Nəşrin yazdığına görə, Ağ Ev Moskva ilə Kiyev arasında münasibətlərin kəskinləşməsi ilə bağlı iki ssenari hazırlayıb. Birinci varianta görə, ABŞ Ukrayna tərəfinə hərbi texnikanın, xüsusən də zenit sistemlərinin tədarükünü artırmaqla müdafiəni gücləndirməyə kömək edəcək. Bu ssenari həm də Rusiyaya qarşı sanksiyaları nəzərdə tutur.

İkinci plan Moskva ilə qarşıdurma riskini azaltmaq üçün Avropada hərbi təlimlərin məhdudlaşdırılmasını nəzərdə tutur. Bu ssenaridə ABŞ administrasiyası Ukraynaya hərbi yardımı dayandırmaq niyyətindədir.

Xatırladaq ki, bir müddət əvvəl Amerikanın "Jamestown Foundation" tədqiqat təşkilatının eksperti Pavel Felgenhauerin fikrincə, hücum baş verəcəyi təqdirdə, Moskva Donbasdakı Ukrayna dəstələrini cinahlar boyu keçməli, sonra isə işğal olunmuş mövqelərdə möhkəmlənməli olacaq:

"Fikrimcə, bu mümkün deyil, çünki ağır hərbi texnika qara torpaqla hərəkət etməli olacaq. Ancaq şaxta torpağı vuran kimi tanklar istədikləri yerə gedə biləcəklər”, - deyə Felgenhauer izah edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.