ABŞ və Rusiyanın diplomat böhranı

28-11-2021, 08:01           
ABŞ və Rusiyanın diplomat böhranı
27 rus diplomat ABŞ-ı tərk edəcək.

Redaktor.az xəbər verir ki, bunu rus mediasına Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov deyib.

Səfir deyib ki, yanvarın 30-da 27 rusiyalı diplomat ailəsi ilə birgə ABŞ-ı tərk edəcək. 30 iyunda isə eyni sayda amerikalı diplomat vətənə qayıdacaq.
Antonovun sözlərinə görə, diplomatların arvadlarının akkreditasiyası geri alınır, uşaqlarına isə viza verilmir. ABŞ ailə ənənələrinə qarşı ehtiyatla davransa da, bu yanaşma ailənin siyasi bölünməsidir.

Vaşinqtonun davranışını birtərəfli adlandıran diplomat əlavə edib ki, ABŞ Moskva ilə yalnız öz maraqlarına uyğun məsələləri müzakirə edir. Ölkənin sanksiya siyasəti isə dəyişmir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.