Putin "ərəb baharı"nı yada saldı: Alqışlayırdılar, indi o, haradadır?

1-12-2021, 07:48           
Putin "ərəb baharı"nı yada saldı:
Gəlin xatırlayaq, düz on il əvvəl bütün sivil dünya "ərəb baharı"nı alqışlayırdı. Bax, indi hanı o "bahar"?
Hələ bir müddət əvvələ qədər sivil dünya "ərəb baharı"nı alqışlayırdı, o isə faciəyə çevrildi. Sputnik Azərbaycan xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin "Rusiya çağırır!" investisiya forumunda çıxışı zamanı bildirib.
"Gəlin xatırlayaq, düz on il əvvəl bütün sivil dünya "ərəb baharı"nı alqışlayırdı. Bax, indi hanı o "bahar"? Axı faciədən başqa heç nə baş vermədi? Bəs niyə? Bəzi ölkələrdə vəziyyəti dəyişmək, bu dövlətlərdə həyatı öz nümunələri üzrə qurmaq üçün kənardan obyektiv çətinliklərdən istifadə etməyə başladıqlarına görə", - deyə Putin bildirib.
Putin oxşar cəhdin Əfqanıstanda da edildiyini qeyd edib.
“Ərəb baharı” - ərəb ölkələrində etiraz dalğasıdır. 2010-cu ilin dekabrından ərəb ölkələrində işsizlik, ərzaq qiymətlərinin yüksəlməsi, söz azadlığı, bürokratik əngəllər və aşağı həyat səviyyəsi ilə əlaqədar başlayan etiraz nümayişləridir. İlk qiyam 18 dekabrda Tunisdə başlamış və 1987-ci ildən hakimiyyətdə olan dövlət başçısı Zeynalabdin ben Əlinin ölkəni tərk etməsi və onun qurduğu siyasi sistemin çökməsi ilə nəticələnmişdir. Tunis İnqilabının qələbəsi digər ərəb ölkələrində — Misir, Yəmən, Əlcəzair və İordaniyada da nümayişlər dalğasına səbəb olmuşdur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.