ABŞ HDQ-nin esminesləri Ukrayna uğrunda döyüşməyə hazırdırmı?

1-12-2021, 07:09           
ABŞ HDQ-nin esminesləri Ukrayna uğrunda döyüşməyə hazırdırmı?
Moskva "tərəfdaşlarla" qarşılıqlı faydalı əməkdaşlıq etmək, ədalətli rəqabət aparmaq və ticarət etmək niyyətindədir.
ABŞ-ın Ukraynadakı öz maraqları və materik əraziləri naminə Ukraynada və ya Ukrayna uğrunda Rusiya ilə müharibə aparmaq üçün texnoloji imkanlara malik deyil. Pentaqon və NATO-nun Qara dəniz bölgəsində Ukrayna (Gürcüstan, Moldova) silahlı qüvvələri ilə təxribat xarakterli birgə manevrləri gücün deyil, logistik, taktiki və strateji cəhətdən zəifliyin nümayişidir.
"USS Arleigh Burke" raket esminesinin və ABŞ HDQ-nin digər gəmilərinin Qara dənizdə növbətçiliyi sadəcə Vaşinqtonun Rusiyanın suveren siyasətinə qarşı döyüş gücünün və geosiyasi təsirinin təqlididir. Bu, gülməli görünür: Əfqanıstan talibləri tərəfindən yenicə məğlub edilmiş ABŞ və tərəfdar ölkələrin hərbi koalisiyası "güclü mövqedən" nüvə-raketli Rusiyaya öz qaydalarını tətbiq etməyə çalışır. Yeri gəlmişkən, Qara Dəniz Donanmasının "Şuya" raket kateri təlimlər zamanı hələ noyabrın 26-da ABŞ eskadra mina gəmisini "nişan alıb".
Moskva "tərəfdaşlarla" qarşılıqlı faydalı əməkdaşlıq etmək, ədalətli rəqabət aparmaq və ticarət etmək niyyətindədir. Ancaq onlar öz növbəsində "düşməni" hərbi güclə dəf etməyə, yəni döyüşüb öldürməyə çalışırlar. İstənilən uydurma bəhanə ilə. Rusiya müəyyən vəziyyətlərdə Qərbin təxribatlarına sərt reaksiya vermək məcburiyyətində qalır. ABŞ və NATO-nun Qara dənizdə, Rusiyanın sərhədləri yaxınlığında fəallığı Avropa və Şimali Amerikada genişmiqyaslı silahlı münaqişə ehtimalını artırır.
ABŞ HDQ-nin 6-cı Donanmasının məlumatına görə, noyabrın 25-də "USS Arleigh Burke" eskadra mina gəmisi "bu həyati əhəmiyyətli beynəlxalq su yolunda təhlükəsizlik və sabitliyi təmin etmək" üçün Qara dənizdə patrula başlayıb. Qeyd edək ki, bu yol Somali quldurlarından tamamilə azaddır. ABŞ və NATO ölkələrinin Qara dəniz regionundakı hərbi fəallığı və Qara dəniz dövlətlərinin buraya cəlb edilməsini təhrik edən nəsə yoxdur və bu, Rusiyanın strateji sabitliyinə və regional təhlükəsizliyinə təhlükə yaradır. Rusiyanın Müdafiə Nazirliyində ABŞ HDQ-nin gəmilərinin manevrləri, Odessa və Batumiyə birgə səfərləri sabitliyi pozan amil, amerikalıların əsas məqsədi isə postsovet məkanının (Ukrayna və Gürcüstan) hərbi mənimsənilməsi kimi qəbul edilir.
Qara dəniz Donanmasının və Rusiyanın Cənub Hərbi Dairəsinin qüvvələri və vasitləri ABŞ hərbi gəmilərinin hərəkətinə davamlı olaraq nəzarət edir – düşmənçi hərəkətlərə (Rusiya sərhədlərinin pozulması) operativ cavab verməyə daim hazır vəziyyətdədir.
Dənizdə "Arleigh Burke" sualtı gəmilər və sualtı qayıqlar tərəfindən izlənilir, qırıcı aviasiya pilotları amerikalılara havadan nəzarət edir və quruda potensial düşmən Qara Dəniz Donanmasının sahil radarları ilə dəqiqliklə müşayiət olunur.
Beləliklə, Qara dəniz bölgəsində NATO tərəfdaşları və ABŞ-ın bloka daxil olmayan müttəfiqləri ilə birgə manevrlər, eskadra mina gəmisinin "gəmiçilik azadlığı" və "Amerika müstəsnalığı" sutkada 24 saat Rusiya raket komplekslərinin hədəfi altındadır.
Brüssel Kiyevə dost deyil
ABŞ hərbi gəmilərinin Qara dənizdə vaxtaşırı manevr etməsi Vaşinqtonun Kiyev rejiminə siyasi dəstəyinin əlaməti hesab olunur. Ancaq ABŞ HDQ-si dənizlərin müəyyən hissələrini Rusiya ərazisi kimi tanımır və bilərəkdən münaqişə vəziyyətləri yaradır.
Aviasiya və donanma qüvvələrinin Rusiya sahilləri yaxınlığında Pentaqonun manevrlərinə qaçılmaz aktiv müqaviməti Rusiyanın təhlükəsizlik vəziyyəti sayılır və ABŞ HDQ-nin fəallığının artması ilə döyüş əməliyyatlarının baş vermə ehtimalı artır.
Bununla yanaşı, amerikalıların Avropada Rusiya ilə "məhdud" müharibəsi haqqında təhlükəli xəyalları NATO müttəfiqlərinin əli ilə kartdan düzəlmiş ev kimi dağılır. Rusiya qoşunlarının Ukraynaya "qış işğalı" ilə bağlı Vaşinqton və Kiyevin təcavüzkar dezinformasiyaları fonunda Brüssel ölümün soyuq nəfəsini hiss etdi və qabaqcadan "Ukrayna cəbhəsi"ndən uzaqlaşdı.
NATO-nun baş katibi Yens Stoltenberq noyabrın 26-da bildirdi ki, Alyansın xarici işlər nazirlərinin Latviyada baş tutacaq sammiti "Rusiya qüvvələrinin Ukrayna sərhədlərində cəmləşməsini" nəzərdən keçirəcək, ancaq kollektiv müdafiə (NATO Nizamnaməsinin 5-ci maddəsi) başqa bir dövlət tərəfindən hücuma məruz qalsa belə Ukraynaya şamil edilməyəcək. Alyans Kiyevi "tamamilə dəstəkləyir", ancaq buna görə Moskva ilə döyüşməyəcək.
Müvafiq olaraq, Ukraynanın "təcavüzkar dövlət"lə hipotetik döyüşündə "USS Arleigh Burke" eskadra mina gəmisi və ABŞ HDQ-nin 6-cı Donanmasının digər gəmiləri avropalı müttəfiqlərinin qorunması olmadan hərəkət etməyə məcbur olacaq, ya da 2008-ci ilin avqustunda Gürcüstanla bağlı vəziyyətdə olduğu kimi siyasi dəstəyi davam etdirəcək.
ABŞ-ın anti-balistik raketlərinin Ukrayna üzərində Rusiya raketlərini məhv etmək imkanları çox şişirdilib. "Tomahavk" raketinin Qara dənizdə ilk buraxılışı istənilən ABŞ gəmisi üçün sonuncu ola bilər. Bütün hallarda döyüş qısamüddətli olacaq. Real silahlı qarşıdurma vəziyyətində "müttəfiqlərin qarşılıqlı əməkdaşlığı" Rusiyanın dəfələrlə təkrarlanan və yüksək texnologiyalı zərbəsi altında olacaq.
Amerikalıların fikrincə, Rusiya sərhədləri yaxınlığında ABŞ HDQ-nin "toxunulmaz" zərbə raket gəmisi sadəcə mövcudluğu ilə Moskvanı qorxutmalıdır. "USS Arleigh Burke" eskadra mina gəmisi döyüş məlumatlarına nəzarət sistemi, "İdjis" raketdən müdafiə sisteminin komponentləri ilə təchiz edilib, 60-dan çox uzaq məsafəli (1600 km-ə qədər) "Tomahavk" qanadlı raketlərini, bəziləri nüvə başlıqları ilə daşımağa qadirdir. O, həmçinin göyərtəsində "ASROC" sualtı qayıq əleyhinə raketləri və "Standart" zenit raketlərini daşıyır.
Buna baxmayaraq, 6-cı Donanmadan ayrılmış "Arleigh Burke" Qara dənizin əməliyyat məkanında praktiki olaraq heç nə demək deyil. Bu cür hədəfləri məhv etmək üçün Rusiya dənizçiləri və pilotları avtomatikliyə qədər çalışıblar. "Arleigh Burke" eskadra mina gəmisinin hər hansı bir raket silahından istifadə etməsi Rusiyanın ABŞ-dakı qərar qəbuletmə mərkəzlərinə cavab zərbəsi endirməsinə səbəb ola bilər.
"Rus ayısını" oyatmayın
Noyabrın 29-da Rusiya Müdafiə Nazirliyi Strateji Raket Qüvvələrin yenidən silahlandırılması çərçivəsində "Yars" Qitələrarası ballistik raketlərin (məsafəsi 11 min km-ə qədər) şaxtaya yüklənməsini göstərməklə "tərəfdaşların" strateji zəifliyini yada salıb.
Xatırladım ki, hər birinin tutumu 500 kiloton gücünə malik olan üç mərhələli "Yars" dörd ayrıla bilən fərdi istiqamətləndirmə döyüş bloku ilə təchiz edilib. Strateji Raket Qüvvələri bu kompleksin mobil və şaxta icrasında 150-dən çox buraxılış qurğusu ilə silahlanıb. Ümumilikdə 600 döyüş bloku var.
"Sovet İttifaqı Donanmasının Admiralı Qorşkov" freqatı noyabrın 29-da növbəti dəfə "Zirkon" hipersəs raketi ilə 400 km-dən uzaq məsafədə olan dəniz hədəfini dəqiqliklə nişan alaraq uğurla atəşə tutub. Bir gün əvvəl Rusiyada bu raketlərin kütləvi istehsalına başlanılıb.
Ötən həftə "USS Porter" eskadra mina gəmisi Qara dənizi tərk edib. Növbə zamanı onun ekipajı, ehtimal ki, Rusiya hərbi helikopteri yaxınlıqda bir neçə dəqiqə havada qaldıqda təlaş keçirib.
Qərb müşahidəçiləri Ukrayna hərbi quruculuğunun əhəmiyyətsiz vəziyyətdə olmasından daha da məyus olublar. Ukraynanın Müdafiə naziri Aleksey Reznikov bu yaxınlarda Berdyanskda yeni hərbi-dəniz bazasının tikintisinin yüksək templə aparıldığını açıqlamışdı. Ancaq CNN-in məlumatına görə, bazadakı xarici jurnalistlər "onu başa çatdırmaq üçün hələ çox iş görülməli olduğunu" və "müharibədən əvvəl" bunun üçün kifayət qədər vaxtın olmayacağını başa düşüblər.
Ukrayna HDQ-si bu yaxınlarda Baltimordan "Fastov" və "Sumı" adlı iki ədəd istifadə edilmiş "İsland" tipli patrul kateri əldə edib. Tezliklə onlar sahil boyu "hərbi yürüş"ə başlayacaq (çünki onlarda sabitlik yüksək deyil).
Kiyevdə siyasi burulğan və dövlət çevrilişinin hazırlanması ilə bağlı şayiələrə baxmayaraq, ABŞ və Ukrayna Silahlı Qüvvələri Donbası təmizləmək üçün zirehli tank briqadası və hava-desant əməliyyatı hazırlayırlar, onlar "Dnestryanıdan rusların hücumlarını dəf etməyi", Odessa vilayətində "separatçı üsyanı" yatırmağı öyrənirlər. Bu döyüşkən ABŞ-Ukrayna planları Avropa üçün yaxşı heç nə vəd etmir.
Norveçin "TV 2 Norge" nəşri qeyd edir: "Rusiya siyasi məqsədlərinə nail olmaq üçün əlavə hərbi vasitələrdən istifadə etməyə, eləcə də məcburi diplomatiyaya müraciət etməyə hazır olduğuna işarə edir". Əslində, Moskva belə planlarını gizlətmir.
"The Wall Street Journal" nəşri Rusiyanın Ukraynaya basqını ilə bağlı Ağ Evin iki ssenarisini dərc edib – "nikbin" və "bədbin", ancaq bütün hallarda Ukrayna özü mübarizə aparacaq. Əgər kimsə kömək etsə, bu heç nəyi dəyişməyəcək. Moskva geri çəkilməyəcək və heç bir xərc Ukraynanın və Qərbin Rusiya şərtləri ilə sülhə məcbur edilməsinə mane olmayacaq. Yenə də, Kiyevdə bu fəlakətin təkrarlanmaması üçün ABŞ və NATO qoşunlarının avqust ayında Kabildən qaçışını da unutmaq olmaz.
sputnik.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.