PAŞİNYAN ARUTYUNYANI NİYƏ ÖLDÜRTDÜRMƏK İSTƏYİB? – “Hraparak”: “Araik Arutyunyan bu sui-qəsd planından xəbərdar olub və...”

28-12-2021, 16:31           
PAŞİNYAN ARUTYUNYANI NİYƏ ÖLDÜRTDÜRMƏK İSTƏYİB?
Qarabağın “rus sülhməramlıları”nın məsuliyyət zonasında olan Xankəndi və onun ətrafında, separatçıların təbiri ilə desək, "fövqəladə vəziyyət yaranıb". Belə ki, iqtidarından tutmuş müxalifətinə qədər separatçı olan “siyasi elita" Ermənistan rəhbərliyinə öz qəzəblərini izhar etməkdədirlər.

Qafqaz.media xəbər verir ki, bu barədə ölkənin “Hraparak” qəzeti yazır.

“Araik Arutyunyan Artsaxdan başlayaraq Paşinyanın rədd edilməsi prosesinə son qoya biləcəkmi, yoxsa ona qarşı təhlükə artıq neytrallaşdırılıb və Artsaxın dövlət maraqları artıq önəmli deyil? Yada salaq ki, Paşinyan mətbuat konfransında bəyan etmişdi ki, ona elə bir danışıqlar irsi miras qalıb ki, o, Artsaxın ermənilərin olub-olmadığını deyə bilməz. Lakin o, bu bəyanatı sübut edəcək və Paşinyanın il boyu, xüsusən də son günlər həyata keçirməyə çalışdığı Artsaxın azərbaycanlaşdırılması ilə bağlı özünün planı kimi qəbul edilməyəcək bir sənədi də ictimaiyyətə açıqlamayıb. Fakt budur ki, Ermənistan baş naziri Samvel Babayan vasitəsilə ilk növbədə büdcənin qəbuluna mane olmaqla, sonra isə respublika prezidentinə qarşı impiçment elan etməklə Artsax prezidenti Araik Arutyunyanı devirmək proqramını həyata keçirməyə cəhd edirdi. Nəticədə Artsax öz subyektivliyini və prezident seçmək qabiliyyətini itirməli idi", - deyə qəzet yazır.

“Hraparak”ın yazdığına görə, Araik Arutyunyan bu sui-qəsd planından xəbərdar olub və müxalifətlə məsləhətləşmələr nəticəsində bu planın birinci hissəsinin həyata keçirilməsinə mane ola bilib və büdcə qəbul edilib. Yəni Nikol Paşinyanın separatçı qurumu büdcəsiz qoyma cəhdləri uğursuzluqla nəticələnib. Açqı görünür ki, rusyönmülü “Qarabağ klanı” siyasi səhnədən getmək fikrində deyil və böyük ehtimalla Nikol Paşinyanın separatçı siyasi elitanı sıradan çıxarmaq cəhdi təkrarlanacaq. O da sezilir ki, Paşinyan Araik Arutunyanı neytrallaşdırmaq cəhdini Samvel Babayanın əliylə həyata keçirməyə çalışacaq ki, sonuncunun da müəyyən dairələr vasitəsilə Arutyunyana qarşı etirazlar yaratmağa çalışacağı ehtimal edilir.

"Yeri gəlmişkən, dekabrın 23-də büdcə layihəsinin qəbulundan sonra Babayan Arutyunyanla görüşməyə cəhd etsə də, onun təklifi rədd edilib”, - qəzet yazır.

Nikol Paşinyana qarşı "separatçı elita"nın mübarizənin davam etdirəcəyi aydındır. Çünki artıq Ermənistanın üçüncü prezidenti, Xocalı qatili Serj Sarkisyan yanvarın ikinci yarısında mətbuat konfransı keçirəcəyini açıqladı. Mətbuat konfransı zamanı Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin yeni detalları barədə ictimaiyyəti məlumatlandıracağı bildirilib. Bundan başqa, dekabrın 27-də özünü qondarma qurumcuğun “prezidenti” adlandıran Araik Arutyunyan Aleksandr Bordovun başçılıq etdiyi Qarabağın rus icmasının nümayəndələrini qəbul edib. Bu barədə Arutunyanın mətbuat xidməti xəbər verib. O da bildirilir ki, görüşdə icmanın həyatı ilə bağlı məsələlər, o cümlədən təhsil və mədəniyyət sahəsində həyata keçirilən proqramlar müzakirə olunub.

Qafqaz.media












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.