Yanvarın 1-dən qanunsuz əmək fəaliyyətinə görə əcnəbilər Rusiyadan çıxarıla bilər

28-12-2021, 21:54           
Yanvarın 1-dən qanunsuz əmək fəaliyyətinə görə əcnəbilər Rusiyadan çıxarıla bilər
Gələn il yanvarın 1-dən etibarən Rusiyadakı əcnəbilər qanunsuz əmək fəaliyyətinə görə ölkədən çıxarıla bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya DİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, əcnəbiləri qanunsuz işlə təmin edən işəgötürənlər 800 min rubladək cərimə olunacaq.

Dekabrın 31-də Rusiya Prezidentinin koronavirus pandemiyası ilə əlaqədar tətbiq etdiyi və əcnəbilərə hüquqi statusunu ölkədən çıxmadan həll etmək imkanı verən qaydanın müddəti başa çatır.

DİN Rusiyada işləmək hüququ olmayan əcnəbiləri dekabrın 31-dək daxili işlər orqanlarına müraciət etməyə çağırır. İşəgötürənlər əcnəbilərlə əmək müqaviləsini rəsmiləşdirib Rusiya DİN-in ərazi orqanlarına müraciət etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru