ABŞ terror təşkilatı PKK-ya yardımlarını davam etdirir

29-12-2021, 11:25           
ABŞ terror təşkilatı PKK-ya yardımlarını davam etdirir
Amerika Birləşmiş Ştatlarının (ABŞ) prezidenti Cozef Bayden Konqresdə böyük müzakirələrdən sonra təsdiq edilən Milli Müdafiə Səlahiyyət Aktını (NDAA) imzalayıb.

SİA xəbər verir ki, Baydenin imzası ilə rəsmiyyət qazanan Milli Müdafiə Səlahiyyət Aktı (NDAA) ilə 768,2 milyard dollarlıq büdçə idarə ediləcək. Bunun 740 milyardı Müdafiə Nazirliyi (Pentaqon), 27,8 milyard dolları Energetika Nazirliyi nəzdində müdafiə xərcləri və 0,4 milyard dolları isə digər müdafiə xərcləri üçün ayrılıb.

Erməni və Yunan lobbisinə yaxınlığı ilə tanınan Nyu Cersi senatoru və Senatın Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendezin Türkiyənin silahlı pilotsuz uçuş aparatı (SİHA) proqramını yaxından izləmək və Azərbaycana yardımların dayandırılmasının qarşısını alan qərarın ləğvini nəzərdə tutan layihələri də Milli Müdafiə Səlahiyyət Aktına (NDAA) daxil edilib.

ABŞ-ın Suriyada əməkdaşlıq etdiyi separatçı terror təşkilatı YPG/PKK-ya dəstəyin davam etdirilməsini də təklif edən qanun, Baydendən sözügedən ölkəyə hərtərəfli strategiya təqdim etməsini tələb edir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru