ABŞ İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişi əhəmiyyətli saymır

29-12-2021, 11:37           
ABŞ İranın nüvə proqramı üzrə danışıqlarda irəliləyişi əhəmiyyətli saymır
ABŞ Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) dirçəldilməsi üzrə Vyana danışıqlarının səkkizinci mərhələsinin hazırkı uğurlarını əhəmiyyətli adlandırmır.

Trend xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays deyib.

"Biz danışıqların son günlərində az irəliləyiş olduğunu qeyd edirik, lakin danışıqların əvvəlki mərhələlərindən fərqli olaraq, bunun nə dərəcədə əhəmiyyətli olduğu aydın deyil”, - o, brifinq zamanı bildirib.

Prays qeyd edib ki, İran Birgə Hərtərəfli Fəaliyyət Planının bərpa edilməsi istiqamətində çox ləng hərəkət edir, bu isə qəbuledilməzdir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru