NATO-nun “yiyəsiz ərazilər” İDDİASI – 2022-ci ildə Alyansa kimlə qoşula bilər?

29-12-2021, 18:19           
NATO-nun “yiyəsiz ərazilər” İDDİASI –
“Lavrov bugünlərdə belə bir ifadə işlədib ki, Sovet hökuməti və Varşava müqaviləsindən sonra NATO-nun iddialı olduğu yiyəsiz ərazilər qalıb. Bu da Rusiyanın ətrafındakı ölkələrə ərazi kimi baxışını formalaşdırır”.

TEREF.AZ Bizim.Media-ya istinadən xəbər verir ki, bunu siyasi araşdırmaçı Fərhad Məmmədovun fikrincə, Moskva bəyan edir ki, bu ərazilər Rusiyaya qarşı istifadə olunmamalıdır.

Teleproqramların birində çıxışı zamanı Fərhad Məmmədov mövzuyla bağlı Vladimir Putinin də son iki çıxışına diqqət yetirib. Ən əsası isə real siyasət və Azərbaycanın maraqlarıdır:

“Bu nöqteyi-nəzərdən MDB ölkələri sırasında Azərbaycan proqnozlaşdırılan xarici siyasət həyata keçirən ölkə kimi tanınır. Bölgə konteksintdə baxanda görürük ki, ən çox ehtiyat edilən iki ölkə var – Ukrayna və Gürcüstan.

NATO-nun sonuncu sammitində elə fikir irəli sürüldü ki, ərazisində münaqişə ola-ola da Gürcüstanla Ukraynanın 2022-də NATO üzvlüyünə qəbul etmək mümkündür. Ona görə də Rusiyanın reaksiyası budur. Düşünürəm ki, Sankt-Peterburqdakı sammitdə Rusiya öz mövqeyini MDB-də olan partnyorlarına çatdırıb”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.