“Hər şey Bakı ilə İrəvan arasında konsensusdan asılıdır” - Rusiya Xarici İşlər nazirinin müavini

30-12-2021, 07:37           
“Hər şey Bakı ilə İrəvan arasında konsensusdan asılıdır” -
Rusiya Xarici İşlər nazirinin müavini Andrey Rudenko Azərbaycan, Rusiya və Ermənistanın təşkil etdiyi üçtərəfli işçi qrupunun işindən danışıb. Rudenko bildirib ki, irəliləyişə nail olmaq üçün əsas şərt Bakı və İrəvan arasında konsensusa nail olunmasıdır.

“AzPolitika.info” xəbər verir ki, “RİA Novosti”-yə açıqlamasında XİN başçısının müavini Rusiyanın üçtərəfli formatı əhəmiyyətli və həlledici hesab etdiyini vurğulayıb: “Hal-hazırda, üç ölkə liderinin Soçidəki anlaşmasına uyğun olaraq, üçtərəfli işçi qrupu çərçivəsində infrastruktur layihələri üzrə razılaşdırma işləri yekunlaşdırılır. Rusiya tərəfinin yanaşması ondan ibarətdir ki, müvafiq qərarlar yalnız Bakı və İrəvan arasında konsensus əldə olunacağı təqdirdə dayanıqlı ola bilər. Buna görə də biz, Azərbaycan və Ermənistan tərəfinin maraqlarının vahid paketdə balanslaşdırılmasının tərəfdarıyıq.”

Rusiyalı diplomat deyib ki, bu mexanizmlər çərçivəsində Cənubi Qafqazda həm dəmir yolu, həm də avtomobil yolu əlaqələrinin, eləcə də ümumilikdə iqtisadi və nəqliyyat əlaqələrinin bərpası nəzərdə tutulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru