Azərbaycan sülh şərtlərini açıqladı... - QARABAĞDAN RƏDD OLUN!!!

4-04-2016, 17:55           
Azərbaycan sülh şərtlərini açıqladı... - QARABAĞDAN RƏDD OLUN!!!
"Azərbaycan tərəfindən əks-həmlə və cavab tədbirlərinin birtərəfli qaydada dayandırılması barədə 3 aprel 2016-ci il tarixində qərar qəbul edilib. Azərbaycan tərəfinin bu sülhpərvər və xoşməramlı niyyətinə baxmayaraq, Ermənistan silahlı qüvvələri yaşayış məntəqələrini və mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca Azərbaycan ordusunun mövqelərini atəşə tutmaqda davam edir". Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarqsyanın atəşkəs haqqında açıqlamasına cavab olaraq bildirib.
"Azərbaycan Respublikası atəşkəsə hazırdır. Lakin Ermənistan qoşunları BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, bütün işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalı və Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi təmin olunmalıdır. Azərbaycan dəfələrlə bəyan edib ki, atəşkəsin pozulması və gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan ərazilərində mövcudluğudur", - deyə H.Hacıyev vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru