Lavrov: "Azərbaycan nə AİB-in, nə də ki, KTMT-nin üzvüdür, lakin, mən bu vəziyyətin dəyişəcəyinə ümid edirəm"

8-04-2016, 09:25           

“Azərbaycan nə Avrasiya İqtisadi Birliyinə, nə də ki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvdür, lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”. APA-nın məlumatına görə, bunu Rusiya XİN rəhbəri Sergey Lavrov “TASS”a müsahibəsində deyib.

“Postsovet məkanında bir çox qurum var. Avrasiya İqtisadi Birliyi yaradılıb, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çox effektiv və aktiv fəaliyyət göstərir. Həmkarlarımızın çoxu soruşur: “AİB və MDB-də iqtisadi əməkdaşlığı təkrarlamağa nə ehtiyac var? KTMT olan yerdə MDB-də təhlükəsizlik məsələlərini müzakirə etməyə dəyərmi?” Lakin məsələ ondadır ki, iqtisadiyyat və təhlükəsizlik sahələrini əhatə edən bu inteqrasiya birliklərində MDB-nin heç də bütün üzvləri təmsil olunmayıb. Məsələn, Azərbaycan nə AİB-ə, nə də ki KTMT-yə üzvdür. lakin, mən bu vəziyyətin dəyişə biləcəyinə ümid edirəm”, - deyə Lavrov bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru