Lavrov “yeni varinatlar var” deyərkən nəyi nəzərdə tutur?
8-04-2016, 14:31
“Dağlıq Qarabağ münaqişəsinin həlli 3 istiqamətdə nəzərdə tutulur. Bunlardan birinci istiqamət sülh yolu, ikinci diplomatik yol və üçüncü isə təcavüzkara güc göstərərək danışıqlar masasına əyləşdirməkdir”.
Bu sözləri Modern.az saytına açıqlamasında politoloq Arzu Nağıyev Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Bakı səfəri zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib. Arzu Nağıyev hesab edir ki, münaqişədə ilkin olaraq əsas şərt 5 rayonun boşaldılmasıdır:
“Burada ilkin olaraq 5 rayonun boşaldılmasıdır. İstər Lavrovun və istərsə də Avropa qurumlarının hamısının əsas məqsədi sülh yoludursa, bizim əsas məqsədimiz ərazi bütövlüyümüzün bərpa edilməsi və torpaqlarımızın işğaldan azad olunmasıdır.
Bundan sonra da Dağlıq Qarabağın müvafiq statusu haqqında yalnız Azərbaycan ərazi bütövlüyü çərçivəsində nədənsə danışmaq olar. 5 rayondan sonra Kəlbəcər və digər rayonlar haqqında qərar qəbul etmək mümkündür.
Əsas istiqamət Dağlıq Qarabağ məsələsində Azərbaycan ordusunun gücü hesabına qarşı tərəfi qəti addımlarla danışıqlar masasına əyləşdirməkdən ibarətdir”.
Ekspert bildirib ki, bu gün Azərbaycan ordusu ermənilərin uydurduqları mifi dağıtdı.
“Azərbaycan Silahlı Qüvvələri aprelin 1-dən 2-nə keçən gecə öz ərazilərini işğaldan azad etməyə başladı.
Azərbaycan hərbi gücü hesabına qarşı tərəfi danışıq masasına oturtdu. Erməni ordusu iri çaplı pulemyot və artilleriyadan istifadə edərək Azərbaycanın dinc və mülki əhalisini atəşə tutmağa başladı.
Azərbaycan bir neçə mühüm strateji yüksəkliklər ələ keçirdikdən sonra beynəlxalq təşkilatların və Rusiyanın xahişi ilə atəşkəs elan olundu. Lakin buna baxmayaraq ermənilər yenə də atəşkəsi pozur. Bu gün deyə bilərəm ki, Azərbaycan bu gün göstərdiyi hərbi gücün hesabına öz təkliflərini ortaya qoyur”.
Qeyd edək ki, Sergey Lavrov Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həlli üçün yeni varinatların olduğunu qeyd edib.