Medvedevdən Qarabağ AÇIQLAMASI

9-04-2016, 10:19           

Təəssüflər olsun ki, Dağlıq Qarabağ münaqişəsi 1994-ci ildən bəri uzanır. Bu illər ərzində münaqişənin həlli ilə bağlı bir neçə təkliflər, qruplar və mexanizmlər yaradılıb. Ona görə də yeni hər hansı format və qrup yaratmaq təhlükəli olardı”.

ANS PRESS-in məlumatına görə, bu sözləri Rusiyanın baş naziri Dmitri Medvedev deyib.

Onun sözlərinə görə, münaqişənin həlli ilə bağlı yeni nəsə yaradılsa bu son illər əldə olunan nailiyyətləri heçə endirər.

Baş nazir bildirib ki, danışıqlar stolu arxasında son 20 il ərzində yaradılan təkliflər və mexanizmlər müzakirə olunmalıdır.

20 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yüzlərlə görüş təşkil edilib. Həmçinin beynəlxalq təşkilatlarda qətnamələr, sənədlər qəbul edilib. Həmçinin münaqişənin həlli məqsədi ilə ATƏT-in Minsk qrupu yaradılıb. Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in prinsipləri əsasında sülh yolu ilə danışıqlar vasitəsilə həlli üçün yaradılmış qurumdur.

Hazırda amerikalı həmsədr Ceyms Uorlik, rusiyalı İqor Popov və fransalı həmsədr Pyer Andryudur. ATƏT-in Nazirlər Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündə yaradılıb. 1996-cı ilin dekabrından Minsk qrupunun üç – Rusiya, ABŞ və Fransa həmsədrləri fəaliyyətə başlayıb.
Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılmasına və Dağlıq Qarabağ probleminin dinc vasitələrlə həll edilməsinə bilavasitə kömək etməkdir.

Bundan başqa münaqişənin həlli məqsədi ilə 2008-ci ildə Madrid prinsipləri qəbul edilib. Madrid prinsiplərinə görə, Ermənistan qoşunlarını Dağlıq Qarabağ ətrafındakı rayonlardan çıxarmalıdır, daha sonra Dağlıq Qarabağın statusu barədə danışıqlar başlamalıdır. Amma imzalanan sənədlər, nədəki, yaradılan qruplar münaqişənin həllinə nəzərəçarpan təsir göstərməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.